İrəvanda polislərin 20-dən çox mopedi oğrulandı

İrəvanda polislərin 20-dən çox mopedi oğrulandı
  26 Dekabr 2024    Oxunub:298
Ermənistanda maraqlı cinayət hadisəsi baş verib. “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, İrəvanda polis patrulu idarəsindən mopedlər oğurlanıb.
Qalmaqallı oğurluq hadisəsi ilə bağlı artıq cinayət işi açılıb.

Qeyd edək ki, bir müddət Ermənistanda patrul xidməti aparan polislərinə məxsus dayanacaqdan 20-dən çox mopedin oğurlandığı məlum olub. Yerli media bunu biyabırçı hadisə kimi qiymətləndirib.

Daxili İşlər Nazirliyi isə qısa olaraq araşdırma aparıldığını və mümkün cinayətə dair faktlar aşkarlandığını açıqlayıb: “Daxil olmuş materiallar cinayət işinin başlanmasına dair məsələlərin həlli üçün Baş Prokurorluğa təqdim edilib”.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti