Onun sözlərinə görə, sənədlə gələn aydan minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq:
Vətəndaşlar pensiya artımlarını nə vaxtdan ala biləcəklər? |
İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının artımı praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".
Deputat onu da qeyd edib ki, artımlar həmçinin özəl sektoru da əhatə edəcək:
"Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindən aşağı maaş ödənilə bilməz".
Həmidə İbrahimova
AzVision.az