Çin Filippinə müraciət edib

Çin Filippinə müraciət edib
  26 Dekabr 2024    Oxunub:304
Çinin Maniladakı səfirliyi Filippin hakimiyyətinə ABŞ-nin “Tomahawk” orta mənzilli qanadlı raketlərinin atılması üçün nəzərdə tutulmuş “Typhon” raket buraxılış qurğusunu ölkədən çıxarmağı xahiş edib.
AzVision.az xəbər verir ki, Çinin diplomatik missiyasının Filippin hökumətinə müraciətində Cənub-Şərqi Asiyada respublikada raket atmaq üçün silah və qonşularla artan qarşıdurmanın deyil, sülh və firavanlığın tələb olunduğu bildirilir.

“Biz Filippini region ölkələrinin və onların sakinlərinin səsinə qulaq asmağa - əvvəllər açıq şəkildə söz verdikləri kimi “Typhon” qurğusunu çıxarmağa və yanlış yola getməməyə çağırırıq”, - Çin səfirliyinin bəyanatında deyilir.

Filippinin Müdafiə naziri Gilberto Teodoro daha əvvəl bildirmişdi ki, respublikanın hakimiyyət orqanları Çinin orta mənzilli raketlərin buraxılması üçün silahların yerləşdirilməsi ilə bağlı narazılığından xəbərdardır, lakin onlar öz ərazisində ABŞ-nin istehsal etdiyi raket sistemini quraşdırmaq hüququna malik olduqlarını düşünürlər. O, həmçinin Filippinin inkişafına mane olan Çin Kommunist Partiyasını tənqid edərək, Pekinin hazırda öz raket potensialını gücləndirdiyini vurğulayıb. Çin səfirliyi Filippinin Müdafiə nazirinin ifadələrinin “ideoloji hürufatla dolu olduğunu” bildirib.

ABŞ və Filippin ən böyük hərbi təlimə başlayıb
Qeyd edək ki, bu ilin avqustunda Amerika-Filippin birgə hərbi təlimləri keçirilən zaman ABŞ Filippinin Luzon adasında “Typhon” qurğusu yerləşirib. Təlimdən sonra Pentaqon rəsmiləri silahları adada saxlayacaqlarını bildiriblər.

“Typhon” qurğusu orta mənzilli “Tomahawk” qanadlı raketlərini və 500 km-ə qədər məsafəni qət edən “SM-6” çoxməqsədli raketlərini buraxmaq üçün istifadə edilir. Çin, Filippin, Malayziya, Bruney və Vyetnam həm də Cənubi Çin dənizindəki Nanşa arxipelaqının kimə məxsus olması ətrafında mübahisə aparırlar ki, Pekinlə rəqabətdə də Vaşinqton Manilanı dəstəkləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   Filippin   “Typhon”  





Xəbər lenti