Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi əraziyə gedib

   Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi əraziyə gedib
  25 Dekabr 2024    Oxunub:307
Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə əlaqədar Hökumət Komissiyası yaradılıb.

AzVision.az xəbər verir ki, komissiyaya rəhbərlik Baş nazirin müavini Kanat Bozumbayevə tapşırılıb.

Artıq komissiyanın üzvləri Aktauya gələrək hadisə yerinə baxış keçiriblər. Daha sonra sədr K. Bozumbayevin yaralıları ziyarət edəcəyi, Azərbaycandan olan nümayəndə heyəti ilə görüşəcəyi, eləcə də Operativ Qərargahın iclasını keçirəcəyi gözlənilir.






Teqlər:





Xəbər lenti