Təyyarə qəzası ilə bağlı Qazaxıstanda komissiya yaradılıb

 Təyyarə qəzası ilə bağlı Qazaxıstanda komissiya yaradılıb
  25 Dekabr 2024    Oxunub:577
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən təyyarə qəzasını araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
Komissiyaya baş nazirin müavini Bozumbayev rəhbərlik edəcək.
xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

Bundan başqa, Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərin lazımi dəstəklə təmin edilməsi haqqında sərəncam verib.

Qeyd edək ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti