AZAL-ın təyyarə qəzasında 25 nəfər sağ qalıb, 3-ü uşaqdır - VİDEO
Eyni zamanda Çeçenistan rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib.
Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AzVision.az