ABŞ Senatı rədd etdi

ABŞ Senatı rədd etdi
  15 Fevral 2013    Oxunub:1868
Respublikaçılar Çak Heygelin ABŞ müdafiə naziri vəzifəsinə namizədliyinin təsdiqlənməsini təxirə salıb
ABŞ Konqressinin Senatında Respublikaçılar partiyası Çak Heygelin ABŞ müdafiə naziri vəzifəsinə prezident Barak Obama tərəfindən irəli sürülən namizədliyinin təsdiqlənməsinə etiraz ediblər. Respublikaçılar partiyasından olan senatorların əksəriyyəti , 58 senator səsvermənin əleyhinə səs verib. Yalnız 40 nəfər Heygeli dəstəkləyib ki, onların da əksəriyyəti demokratlar olub. Bir senator səsvermədə iştirak etməyib. Əksəriyyətin səsini qazanmaq üçün demokratlar ən az 60 səs toplamalıdırlar. Yalnız o zaman senat debatlara son qoyaraq Heygelin təsdiqlənməsi üzrə plenar səsverməyə keçid ala bilər. Təkrar səsvermələr fevralın 26-da keçiriləcək.
Bu arada Barak Obama təklif etdiyi namizədin düzgün seçim olduğunu və bu posta başqa bir namizədi irəli sürmək niyyətində olmadığını bəyan edib.


Teqlər:  





Xəbər lenti