9 ölkə İrana qarşı sanksiyalara qoşuldu

9 ölkə İrana qarşı sanksiyalara qoşuldu
  17 İyun 2024    Oxunub:1371
Moldova və Ukrayna da daxil olmaqla, doqquz Avropa Birliyi (AB) tərəfdaşı və üzvlüyə namizəd ölkə “Rusiyaya hərbi dəstəyinə” görə AB-nin İrana qarşı sanksiyalarına qoşulub
AzVision.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət xidməti bildirib.

"Namizəd ölkələr olan Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn Rusiyaya hərbi təchizata görə İrana qarşı sanksiyalar tətbiq etmək barədə AB Şurasının 14 mayda qəbul etdiyi qərara qoşulub", - deyə qeyd edilib.


Teqlər: İran  





Xəbər lenti