Bakıda 26 yaşlı qız itkin düşdü

Bakıda 26 yaşlı qız itkin düşdü
  11 İyun 2024    Oxunub:543
Lerik rayonunda anadan olmuş, hazırda Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü İlahə Teymur qızı Muxtarova iyunun 7-də saat 5:45-də yaşadığı Südçülük sovxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İ.Muxtarovanın əlamətləri bunlardır: boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngdədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, "102" Xidməti Zəng Mərkəzinə, (012) 590-72-03 və (051) 571-03-11, (055) 233-22-34 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti