“The Wall Street Journal” F-16 qəzasının təfərrüatlarından yazdı

“The Wall Street Journal” F-16 qəzasının təfərrüatlarından yazdı
  06 Sentyabr 2024    Oxunub:1855
Ukraynada gərgin döyüşlər davam edir. Hazırda əsas diqqət Amerika istehsalı olan F-16 qırıcısının birinin sıradan çıxmasına yönəlib.
Bundan başqa "Moonfish" ləqəbli ukraynalı pilot Aleksey Mesin Rusiyanın kütləvi aviazərbələrini dəf edərkən ölməsi də diqqət mərkəzindədir.

Ukrayna F-16 təyyarəsini necə itirib?
“The Wall Street Journal”ın müxbiri adı açıqlanmayan amerikalı rəsmilərindən birindən bu mövzuda açıqlama alıb. Onun sözlərinə görə, Rusiya raketi F-16-nın radardan itməsinə az qalmış təyyarənin yaxınlığında partlayıb: "Bir versiyaya görə, partlayış ya təyyarəni zədələyib, ya da pilotu yerdən çox alçaq manevr etməyə məcbur edib ki, bu da qəzaya səbəb olub", - məqalədə yazılıb.
Ukrayna hakimiyyəti avqustun 27-də düşmənin güclü hücumunu dəf etmək üçün F-16 təyyarələrini havaya qaldırdıqlarını bəyan ediblər.

“Qırıcıların döyüşə cəlb edildiyi ilk gündə Ukraynaya məxsus F-16-nın pilotunun ölümü ilə nəticələnən qəzası baş verdi... Qırıcıların Ukraynaya gəldikdən bir neçə həftə sonra pilotların döyüşə cəlb edilməsi ilə bağlı tələsiklik suallar yaradıb”, - WSJ yazırb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Təyyarə  





Xəbər lenti