Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək

Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək
  05 Sentyabr 2024    Oxunub:2124
Fransada sol blokun ən böyük partiyası olan “Əyilməz Fransa” (LFI), eləcə də Sosialist Partiyası (PS) və Kommunist Partiyası (PCF) ölkənin yeni baş naziri Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürəcək. AZƏRTAC xəbər verir ki, bunu LFI deputatı Erik Kokrel BFMTV telekanalının efirində deyib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, solçular bu fikirləri səsləndiriblər : “Biz etimadsızlıq votumu irəli sürəcəyik və düşünürəm ki, “Yeni Xalq Cəbhəsi”ndən olan tərəfdaşlarımız da bunu edəcəklər”.

Xatırladaq ki, sentyabrın 5-də, növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra Fransa prezidenti Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. O, bu vəzifədə ən yaşlı siyasətçi olacaq və Beşinci Respublikanın ən gənc baş naziri, 35 yaşlı Qabriel Attalı əvəzləyəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti