Braziliya prezidenti qalmaqala görə naziri işdən çıxardı

Braziliya prezidenti qalmaqala görə naziri işdən çıxardı
  07 Sentyabr 2024    Oxunub:1664
Braziliya Prezidenti Luis İnasiu Lula Da Silva insan haqları və vətəndaşlıq naziri Silvio Almeydanı cinsi qısnama iddialarına görə vəzifəsindən azad edib.
Bu barədə Braziliya hökumətinin mətbuat xidməti məlumat yayıb. “Nazir Silvio Almeydaya qarşı irəli sürülən ciddi ittihamlar və onunla Planalto sarayında söhbətindən sonra Prezident Luis İnasiu Lula Da Silva İnsan Hüquqları və Vətəndaşlıq Nazirliyinin rəhbərini vəzifəsindən azad etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Braziliya rəsmiləri polisin nazirə qarşı iddialarla bağlı araşdırma başlatdığını bildirib: “Prezident cinsi qısnama iddialarının xarakterini nəzərə alaraq, nazirin vəzifədə saxlanılmasını qeyri-mümkün hesab edib”.

AzVision.az


Teqlər:





Xəbər lenti