"TikTokda yatan Nikol gənclərə "axmaq olun" mesajını verir" - Manukyan
“Təsadüfi deyil ki, Nikol Paşinyan son vaxtlar "TikTok"dan çıxmır. Axşam adminstrasiyada oturub bu sosial şəbəkəyə girir, evinə də getmir. O, bizim cəmiyyətin hər təbəqəsi üzərində unikal və arzuolunmaz işlərini davam etdirir. Məsələn gənclərə verdiyi mesajlar bunlardır: uşaq kimi qalın, böyüməyin. Axmaq olun, gəzin kef edin, mənasız yerə hər şeydən həzz alın, velosiped sürün".
Radikal çağırışları ilə seçilən Manukyan Paşinyanın cəmiyyətin digər təbəqələri üçün də oxşar təbliğat hiyləsi işlətdiyini deyib: "Məsələn, Nikol iş günündə xaşlama yeməyə getmişdi. Hər kəs xaşlama və kabab olan sadə süfrəyə baxır. Amma masada qiyməti 25-30 min dram olan fransız arağı da peyda olmuşdu”, - deyə Manukyan bildirib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Paşinyan