ISW: “Raketlərə görə İranın Moskvadan 3 istəyi var”

      ISW:    “Raketlərə görə İranın Moskvadan 3 istəyi var”
  07 Sentyabr 2024    Oxunub:1712
İranın ballistik raketlərinin Rusiyaya verilməsi Tehranla Moskva arasında strateji tərəfdaşlığın bir hissəsidir.
AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Tədqiqatı İnstitutu”nun analitiklərinin fikrincə, bunun qarşılığında Tehranın aşağıdakı sahələrdə Rusiyanın köməyinə ehtiyacı var:

1. İran iqtisadiyyatına sərmayə yatırılması.
2. Tehrana Su-35 qırıcılarının verilməsi.
3. Kiber imkanları, raket və kosmik proqramlarının modernləşdirilməsi.


İnstitutun hazırladığı xülasədə bildirilir ki, qurumun analitikləri Rusiyanın Ukraynaya hücumundan sonra Moskva ilə Tehranın iqtisadi-siyasi, media və hərbi əməkdaşlığı necə genişləndirdikləri barədə dəfələrlə məlumat veriblər.

Ötən ilin sentyabrında yayımlanan xəbərə görə, Tehran Moskva ilə tərəfdaşlığından iqtisadi və hərbi fayda əldə etməyə çalışır və Rusiyaya silah satışı müqabilində “xəstə” iqtisadiyyatı üçün pul axtarır.

İSW iddia edir ki, həmçinin Moskvanın İrana Su-35 təyyarələri satmasına nail olmaq üçün bu ilin avqustunda Tehrana səfərə gəlmiş Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya təzyiq göstərilib.

İran liderləri ayrıca olaraq Rusiyadan geniş hərbi əməkdaşlıq çərçivəsində kiber imkanlarının və kosmik raket proqramlarının modernləşdirilməsində dəstək istəyiblər.

ABŞ Rusiyaya və İrana xəbərdarlıq edib
Qeyd edək ki, bundan əvvəl adı açıqlanmayan Amerika və Avropa rəsmilərinə istinadən “The Wall Street Journal” qəzetində dərc olunan məqalədə İranın Rusiyaya qısa mənzilli ballistik raketlər verdiyi bildirilib. Mənbələrdən birinin iddiasına görə, Tehran Moskvaya mərmi tədarükünü davam etdirmək niyyətindədir. Vaşinqton, öz növbəsində, bununla bağlı Moskvaya və Tehrana xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rusiya   İran  





Xəbər lenti