Tramp: "Maskı komissiya rəhbəri təyin edəcəyəm"

      Tramp:    "Maskı komissiya rəhbəri təyin edəcəyəm"
  06 Sentyabr 2024    Oxunub:1682
ABŞ-nin sabiq lideri, yenidən prezidentliyə namizəd Donald Tramp seçiləcəyi təqdirdə Hökumətin Səmərəliliyi Komissiyasını yaradacağını və rəhbərliyinə ixtiraçı, milyarder İlon Maskı gətirəcəyini söyləyib.
O bu barədə Nyu-York İqtisadiyyat Klubunda çıxışı zamanı danışıb. Ağ Evə qayıdacağı halda ölkə iqtisadiyyatında aparacağı islahatlarla bağlı nitq söyləyən Tramp, eyni zamanda, yerli şirkətlər üçün korporativ vergi dərəcələrini azaldacağı ilə bağlı söz verib.

Sabiq lider həmçinin inşaat şirkətlərini federal ərazilərdə yeni evlər tikməyə həvəsləndirmək məqsədilə "aşağı vergi" zonaları yaradılacağını vurğulayıb.
Mask: "ABŞ hökumətində vəzifə tutmağa hazıram"

Xatırladaq ki, Donald Tramp hələ ötən günlərdə İlon Maska hökumətdə müəyyən vəzifə, yaxud məsləhətçi mövqeyi verə biləcəyini diqqətə çatdırıb. Digər tərəfdən, öz müşavirləri ilə sözügedən "Səmərəlilik Komissiyası" ideyası üzrə müzakirələr aparıb. Nyu-York İqtisadiyyat Klubundakı çıxışında isə bu ideyanı ilk dəfə dilə gətirib. O eləcə də İlon Maskın da belə bir təklifə müsbət yanaşdığını deyib. Tanınmış ixtiraçı məhz özünün "X" hesabında "Xidmət etməyə hazıram" yazmaqla öz istəyini bildirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   hökumət   Tramp   Mask  





Xəbər lenti