İlham Əliyev səudiyyəli nazirlə görüşüb
Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana səfərlərini və dövlət başçısı ilə görüşlərini məmnunluqla xatırlayıb. Söhbət zamanı iki ölkə arasında xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin fəaliyyəti müzakirə olunub. Hazırda Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi qeyd olunub, gələn ilin sonunda həmin stansiyanın istifadəyə veriləcəyi bildirilib.
“Acwa Power” şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında ölkəmizdə ilk dəfə 200 MVa saxlama güclərinin yaradılması ilə bağlı razılaşmaya uyğun olaraq birgə fəaliyyətin həyata keçirildiyi vurğulanıb, bu işlərin COP29-dək başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.
Görüşdə “Acwa Power” şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi və “Acwa Power”in Xəzər dənizində külək enerjisi layihələri üzərində iş apardıqları qeyd edilib, bunun da növbəti mərhələdə yaşıl enerjinin ixracı üçün mənbə kimi rol oynayacağı vurğulanıb.
AzVision.az
Teqlər: