Son bir ayda Sudanda 120 nəfər vəbadan ölüb

Son bir ayda Sudanda 120 nəfər vəbadan ölüb
  06 Sentyabr 2024    Oxunub:1634
Son bir ayda Sudanda 2 700 nəfərə yaxın insan vəbaya yoluxub, bu xəstəlik səbəbindən 120 nəfər ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb. Ən çox yoluxma və ölüm halları ilə beş vilayətdə (Kassala, Xartum, Əl-Gezira, Qedaref və Nil) qeydə alınıb.

ÜST xatırladıb ki, Afrika ölkəsində əvvəlki vəba epidemiyası 2023-cü ilin iyununda başlayıb. 12 iyul 2024-cü il tarixinə olan məlumata görə, 12 əyalətdə 11 241 yoluxma halı qeydə alınıb, 309 insan ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti