FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək

FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək
  07 Sentyabr 2024    Oxunub:2053
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu ilin sonuna qədər Əfqanıstanda on milyondan çox insana yardım etməyi planlaşdırdığını bildirib.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki,, FAO-nun Əfqanıstandakı nümayəndəsi Riçard Trençard “TOLOnews” telekanalına xüsusi müsahibəsində bildirib ki, onların fəaliyyəti fermerlərə qısamüddətli təcili yardım göstərmək, fermerlərin suya çıxış imkanlarını yaxşılaşdırmaq və onlara dolanışıq şəraiti yaratmağa kömək etmək məqsədi daşıyır.

FAO-nun statistikası göstərir ki, təşkilat keçən il Əfqanıstanda 18,6 milyondan çox insana yardım edib, həmin yardımların əksəriyyəti fermerlərin dəstəklənməsinə yönəldilib. Təşkilat Ümumdünya Ərzaq Proqramı və BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edərək 600 kilometrlik kanal, 700-dən çox daşqına qarşı bənd inşa edib və çoxlu sayda su anbarı xəndəkləri qazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti