Baydenin oğlu günahını etiraf etdi: Uzunmüddətli həbs cəzası alacaq

Baydenin oğlu günahını etiraf etdi:    Uzunmüddətli həbs cəzası alacaq
  06 Sentyabr 2024    Oxunub:1938
ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib.
BBC-nin yaydığı məlumata görə, kiçik Bayden bununla da açıq məhkəmədən yayınıb. Lakin o, gözlənilən uzun müddətli həbslə razılaşıb.Baydenin bu addımı uzun və yorucu məhkəmə prosesindən yayınmaq üçün atdığı deyilir.

Hakim Mark Skarsi prezidentin oğlunu maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə gözlədiyini bəyan edib. Hökm dekabrın 16-da oxunacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti