Rusiya ABŞ ordusunun polkovnik-leytenantını öldürüb

   Rusiya ABŞ ordusunun polkovnik-leytenantını öldürüb
  05 Sentyabr 2024    Oxunub:1371
ABŞ ordusunun polkovnik-leytenantı Coşua Kamara öldürülüb. O, Rusiya Silahlı Qüvvələrinin Poltavaya zərbə endirməsi zamanı ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “Voennoe delo” Telegram kanalı məlumat yayıb.

Rusiyanın Poltavaya hücumu nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Paylaşımda qeyd edilib ki, Rusiya Aerokosmik Qüvvələrinin Ukraynaya kütləvi zərbəsindən dərhal sonra ABŞ ordusunun polkovnik-leytenantı Coşua Kamaranın Polşada ölməsi xəbəri yayılıb. Bu isə təsadüf sayılmamalıdır.

Xatırladaq ki, dünən 45 yaşlı amerikalı polkovnik-leytenantın sentyabrın 3-də ABŞ ordusunun V Korpusunun Polşanın Poznan şəhərindəki düşərgəsində olarkən dünyasını dəyişmədi barədə xəbər yayılıb. Saytlar onun ölüm şəraitini müəmaalı hal kimi qiymətləndiriblər.

Fox New s isə ABŞ-nin aidiyyəti qurumlarının amerikalı zabitin ölümündən sonra istintaqa başladığını yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ  





Xəbər lenti