"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs olunub

   "TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
  11 İyun 2024    Oxunub:510
"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.

Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti