İnsan beynindən "yaşayan komputer" istehsal edildi

   İnsan beynindən "yaşayan komputer" istehsal edildi
  11 İyun 2024    Oxunub:457
İsveçli alimlər insanın beyin toxumasından hazırlanan dünyanın ilk "yaşayan komputeri"ni istehsal ediblər. Normal bir komputer çipi kimi informasiya mübadiləsi aparan "yaşayan komputer"in qlobal enerji böhranlarını həll edə biləcəyi düşünülür.
Laboratoriya şəraitində yetişdirilən, 16 beyin hüceyrəsi qrupundan ibarət olan neyronlar şəbəkəsi daxilində informasiya əlaqəsi qurulub.

Ənənəvi komputer çipi kimi işləyən yeni komputer, neyronlar vasitəsilə siqnal göndərib alaraq dövri hərəkət edir.

Bu yeni texnologiyanı xüsusi edən onun daha az enerji istifadə etməsidir. Çünki yaşayan neyronlar, mövcud rəqəmsal prosessorlarla müqayisədə milyonlarla dəfə daha az enerji istifadə edirlər.

Elm adamları sübut ediblər ki, beynimizin 10 ilə 20 vatt arasında enerji istehlak etməsini tələb edən işlərə müasir kompüterlər 21 meqavat enerji sərf edir. Bu, onların insan beynindən min dəfə çox enerji sərf etdiklərini göstərir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti