Daxili Qoşunların polkovniki qəfil vəfat etdi

   Daxili Qoşunların polkovniki qəfil vəfat etdi
  10 İyun 2024    Oxunub:635
DİN-in Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.
AzVision.az “Unikal”a istinadən xəbər verir ki, o, ürəktutmadan vəfat edib.

Bildirilib ki, 1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Qeyd edək ki, mərhum polkovnikin iyunun 24-ü 47 yaşı olacaqdı.

AzVision.az


Teqlər:





Xəbər lenti