Lukaşenko ölkəmizə gəlib - FOTOLAR - YENİLƏNİB

   Lukaşenko ölkəmizə gəlib -  FOTOLAR - YENİLƏNİB
  15 May 2024    Oxunub:1377
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Aleksandr Lukaşenkonu Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

* * *

18:55
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

O, Bakıda Prezident İlham Əliyev ilə rəsmi danışıqlar aparacaq. Tərəflər ticari-iqtisadi əlaqələrin, sənaye və kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi və s. ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.

Eyni zamanda, Azərbaycan və Belarus arasında beynəlxalq platformalarda, inteqrasiya birliklərində əməkdaşlıq, habelə regional və qlobal vəziyyətlə bağlı müzakirələr aparılacaq.

Danışıqların yekununda ikitərəfli sənədlər imzalanacaq.

Prezidentlərin Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi "Caspian Agro"ya da baş çəkməsi, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanışlıq da nəzərdə tutulur.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Belarus   Prezident   səfər  





Xəbər lenti