"Neftçi" "Zirə"yə uduzub
!["Neftçi" "Zirə"yə uduzub "Neftçi" "Zirə"yə uduzub](https://azvision.az/photos/2024/04/8118-1713635279.jpg)
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. "Ağ-qaralar"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qələbə nəticəsində xallarını 49-a çatdıran "Zirə" II pilləyə yüksəlib. "Neftçi" isə IV sıraya enib.
Günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Ötən gün "Sumqayıt" isə səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1.
XXXI tur aprelin 21-də başa çatacaq.
AzVision.az