Azercell hədəflərinə doğru əzmlə addımlayır

Azercell hədəflərinə doğru əzmlə addımlayır
  10 Aprel 2024    Oxunub:805
Rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biri, sürətli texnoloji inkişafın gələcək perspektivlərinə və çağırışlarına dair strateji baxışa malik Azercell 2023-cü ildə ölkənin lider mobil operatoru statusunu qoruyub saxlayıb. Hazırda şirkətin respublika üzrə coğrafi əhatə dairəsi 94.50%, əhali üzrə əhatəsi isə 98.35% təşkil edir.
2023-cü ildə də Azercell infrastrukturunu ölkə boyu genişləndirməyə və gücləndirməyə davam edib. Belə ki, Bakı, Abşeron və Sumqayıt ərazisində 207 stansiyada, bölgələrdə isə 833 stansiyada təkmilləşdirmə işləri aparılıb, bunlardan 100-ü Naxçıvanın payına düşüb. Təkmilləşdirmə işləri ilə yanaşı Azercell yeni baza stansiyaları quraraq xidmət şəbəkəsini daha da genişləndirib. 2023-cü ildə Bakı, Abşeron, Sumqayıt ərazisində 65, regionlarda isə 70 yeni stansiya fəaliyyətə başlayb.



Abunəçilərin artan tələblərini qarşılamaq üçün həyata keçirilən şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi bütün ölkə üzrə 4G (LTE) şəbəkəsinin keyfiyyətinin yaxşılaşmasına və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub. 18 aylıq layihə çərçivəsində Azercell-in Azərbaycan ərazisində 300-dən çox yeni baza stansiyası yerləşdirilib və təxminən 1600 mövcud baza stansiya təkmilləşdirilib.

Nəticədə Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb. Beləliklə də 4G-in son bir ildə əhatə dairəsində 10%, data trafik həcmində 48%, internet sürətində isə 100% artım müşahidə olunub. Modernləşdirmə layihəsi sayəsində Bakıda və Abşeron yarımadasında mobil operatorun şəbəkə tutumu 80%, ölkənin digər regionlarında isə 75% artıb.
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində - Video+Fotolar

Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi Azercell-i mobil operatoru olaraq seçmiş 5 milyondan çox insanı daha sürətli məlumat ötürmə xidməti ilə təmin edib. Nəticə olaraq, Azercell abunəçiləri sosial şəbəkələr, multiplayer oyunlar, videokonfranslar və geniş çeşidli rəqəmsal həllər kimi multimedia xidmətlərindən daha rahat istifadə edə bilirlər.

İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu və dördüncü nəsil LTE (4G) radio baza stansiyalarını quran Azercell-in hazırda Qarabağda bu texnologiya əsaslı 153 baza stansiyası fəaliyyət göstərir. Şirkət 2023-cü ildə həmçinin Ağdərə, Xocalı və Xankəndi şəhərlərini də şəbəkəsinə əlavə edib, bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin olunması istiqamətdə işlərini davam etdirib.
“Yaşıl” texnologiyaların tətbiqinə başlayan mobil operator Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Qeyd edək ki, “yaşıl” baza stansiyaların enerji tələbatının 60% günəş enerjisi hesabına qarşılanır. ESG (ətraf mühit, sosial və idarəetmə) Gündəliyi çərçivəsində Azercell yaxın illərdə ölkə daxilində yaşıl stansiyaların sayını artırmağı planlaşdırır.


Teqlər: Azercell  





Xəbər lenti