Arxiyepiskop: "Müharibə Ermənistan üçün dəhşətli olacaq"

 Arxiyepiskop:    "Müharibə Ermənistan üçün dəhşətli olacaq"
  02 Aprel 2024    Oxunub:577
Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Ermənistan Azərbaycanla şərti sərhəddə qoşun toplayır. İrəvanın növbəti dəfə hərbi təxribatlara əl atması istisna edilmir.
Ermənistan cəmiyyətində isə bölgədə üçüncü dəfə müharibənin başlanacağı ilə bağlı qorxu yaranıb.

Məsələn, Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın Voskeparda çıxışı zamanı deyib ki, yeni müharibə ölkəsi üçün ağır nəticlərə gətirib çıxara bilər: "Bura Tavuşdan, Ermənistanın müxtəlif bölgələrindən və xaricdən gələn ermənilər toplaşırlar. Nə qədər fərqli olsaq da, 2 mühüm sütundan və ideyadan ibarət bir birliyimiz var. Bunlar Tanrı və Vətən amilləridir".

Mövqelərimiz atəşə tutulub
O, Azərbaycanı düşmən ölkə adlandıraraq artıq türklərin ermənilərlə bir neçə metr məsafədə məskunlaşdığını qeyd edib: "Bizi müharibə ilə qorxudurlar. Hazırki ölkə rəhbərliyi müharibə apara bilməz. Ona görə də müharibə Ermənistan üçün dəhşətli olacaq".

Arxiyepiskop sərsəmləyərək revanşist çağırışlar daedib. O qeyd edib ki, guya erməni xalqının "geri qaytarmağa borclu olduğu başqa bir vətəni də var”.

AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti