Elviz Qasımov növbəti dəfə vətəndaş qəbulu keçirib

Elviz Qasımov növbəti dəfə vətəndaş qəbulu keçirib
  01 Aprel 2024    Oxunub:1260
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qəbul qrafikinə uyğun olaraq xəstəxananın inzibati binasında növbəti dəfə vətəndaşlarla fərdi görüş keçirib.
Xəstəxanadan verilən məlumata görə, qəbul prosesində Respublika Klinik Xəstəxanasının baş həkimi və Ümumi şöbənin müdiri iştirak ediblər.

Görüşdə 5 vətəndaşın müraciətinə baxılıb.

Müayinə, müalicə, işlə təmin olunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti şöbə və bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

AzVision.az

Qalereya




Teqlər: Qəbul  





Xəbər lenti