Ermənistanın qoşun yığmaqda məqsədi nədir? - Hərbi ekspertdən AÇIQLAMA

  Ermənistanın qoşun yığmaqda məqsədi nədir? - Hərbi ekspertdən  AÇIQLAMA
  01 Aprel 2024    Oxunub:1254
Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun yığması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videolarda müxtəlif istiqamətlərdə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.
Hərbi ekspert Ədalət Verdiyev AzVision.az -a açıqlamasında bildirib ki, baş verən proseslər Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan kövrək sülhə mənfi təsir göstərəcək.

Onun sözlərinə görə, Ermənistanın şərti sərhədə qoşun yığması dövlət maraqlarına uyğun gəlmir:

“İndiyə qədər baş verən təxribatlar zamanı Ermənistan kifayət qədər sarsıdıcı zərbələr alıb. Ermənistanın aprel ayının 1-dən mayın 28-nə qədər genişmiqyaslı hərbi toplanışlar planlaması, aralarında mühəndis, kəşfiyyat və artilleriya üzrə mütəxəssislərin üstünlük təşkil etdiyi 5000 nəfərə qədər ehtiyatda olan hərbçini səfərbər etməsi növbəti təxribatların genişmiqyaslı olma ehtimalını irəli sürməyə imkan verir.

Təxribatlar törətməkdə Ermənistanın iki əsas məqsədi var: birincisi, Avropa İttifaqı və Qərbin maraqlarına uyğun olaraq Rusiya hərbi bazasını ləğv etmək və rus sərhədçilərini ərazisindən çıxarmaq, ikincisi təxribatlara görə günahı həm Azərbaycan, həm də Rusiyaya atmaqla Avropadan və Qərbdən daha çox silah-sursat, maliyyə vəsaiti əldə etməkdir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti