Xocavənddə partlayış olub, xəsarət alan var

 Xocavənddə partlayış olub,    xəsarət alan var
  10 Fevral 2024    Oxunub:1609
Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər: Xocavənd  





Xəbər lenti