Fransa kilsələri uşaq cəhənnəmidir | Statistika

   Fransa kilsələri uşaq cəhənnəmidir    | Statistika
  08 Dekabr 2023    Oxunub:1660
Dünyada katolik kilsələrində uşaqlara qarşı yüz minlərlə zorakılıq halları qeydə alınıb. Bu hal ən çox Fransada müşahidə olunur. Fransız kilsələrində uşaqlara qarşı zorakılıq faktları 200 mini keçib!
Holyharm.org təşkilatının statistikasına görə, Qurbanların 80%-i əsasən 10-13 yaş arası oğlan uşaqlarıdır. Kilsə işçilərinin təxminən 2,5%-i (40 nəfərdən biri!) uşaqların seksual istismarında şübhəli bilinir. Qorxunc rəqəmlərdir.

İkinci yeri İrlandiya (15 min hadisə), üçüncü yeri Hollandiya (10 min) tutur. Fransa ilə digər ölkələr arasında fərqin niyə bu qədər böyük olması çətin sualdır. İki variant ola bilər: ya bu statistika yalnız Fransada normal aparılır, ya da əksinə, Fransada əsassız fərziyyələr daxil hər şey zorakılığa aid edilir.

Ümid edək ki, doğru olan ikinci variantdır, çünki birinci ehtimalın düz çıxması qorxunc olardı.

Samir Quliyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti