Ölümdən qazananlar: Dünyanın ən böyük silah şirkətləri | İnfoqrafika

      Ölümdən qazananlar:    Dünyanın ən böyük silah şirkətləri    | İnfoqrafika
  30 Noyabr 2023    Oxunub:1561
Dünyanın ən böyük 25 hərbi şirkətinin yarısı ABŞ-a məxsusdur. “Lockheed Martin”, RTX, “Northrop Grumman”ın ümumi dövriyyəsi 120 milyard dollardan çoxdur. Onlar beşinci nəsil stels-texnologiyalar, artilleriya sursatları, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və bir sıra digər müasir silahlar istehsal edirlər.
Bu şirkətlər Pentaqonun ən böyük podratçılarıdır. Nə Rusiya, nə Yaponiya, nə də Hindistanın hərbi-sənaye kompleksi müəssisələri öz potensialları baxımından onlarla müqayisə edilə bilərlər.


Ən böyük silah satıcıları siyahısına İtaliya, Almaniya, Fransa və İsrail şirkətləri daxildir. Britaniyanın mənfəətinin 96%-ni hərbi məhsullardan əldə edən “BAE Systems” korporasiyası xüsusilə diqqət çəkir. İngilislər təyyarə sistemləri, “Challenger” tankları, piyada döyüş maşınları, özüyeriyən silahlar, hər yerdə hərəkət edən nəqliyyat vasitələri və hətta təyyarədaşıyan gəmilər istehsal edirlər. “Queen Elizabeth” sinfinə aid iki yeni gəmi artıq suya buraxılıb.

Çinlilər də seçilir. AVIC təyyarə istehsalı korporasiyası öz zavodlarında “Chengdu” döyüş qırıcıları və bombardmançılarının bütün arsenalını, eləcə də bir sıra əlaqədar məhsulları istehsal edir. Onun hərbi istehsaldan əldə etdiyi gəlir 31 milyarda çatır. Bu, ümumi qazancının yalnız üçdə bir hissəsidir.

Görünən odur ki, hərbi texnologiyalar uzun müddət böyük gəlir gətirməyə davam edəcək və Qərb brendləri Çinin artan rəqabəti ilə üzləşsə də, bu bazarda hökmranlığı davam etdirəcəklər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Hərb  





Xəbər lenti