İran MAQATE ilə qismən razılaşdı

İran MAQATE ilə qismən razılaşdı
  14 Fevral 2013    Oxunub:2025
Razılaşma mətnindəki bəzi maddələr üzrə anlaşılmazlıqlar aradan qaldırılıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri ilə İran təmsilçilərinin Tehranda keçirilən növbəti görüşü də ciddi nəticə əldə edilmədən başa çatıb. Tərəflər İranın mübahisəli atom-nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək qərarına gəliblər.
İranın MAQATE-dəki daimi nümayəndəsi Əli Ələsgər Soltaninin sözlərinə görə, razılaşma mətnindəki bəzi maddələr üzrə anlaşılmazlıq aradan qaldırılıb.
Bununla yanaşı, qurumla keçiriləcək növbəti görüş barəsində əlavə məlumat verilməyib.


Teqlər:





Xəbər lenti