İvanişvili Türkiyəyə gedəcək

İvanişvili Türkiyəyə gedəcək
  14 Fevral 2013    Oxunub:1751
Səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərlə yanaşı bölgədəki vəziyyət müzakirə ediləcək
Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün Türkiyəyə səfər edəcək. Baş naziri , Gürcüstanın iqtisadi inkişaf naziri Qeorqiy Kvirikaşvili, xarici işlər naziri Maya Pancikidze, müdafiə naziri İrakli Alasaniya, enerji və təbii sərvətlər naziri Kaxi Kaladze, eləcə də Maliyyə və Mədəniyyət nazirliklərinin təmsilçilərindən ibarət nümayəndə heyyəti müşahidə edəcək.
Bir günlük səfər çərçivəsində Bidzina İvanişvilinin Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan və Parlamentin sədri Cəmil Çiçəklə görüşü gözlənilir.


Teqlər:  





Xəbər lenti