Müsəlmanları söyən Papa

Müsəlmanları söyən Papa
  12 Fevral 2013    Oxunub:2145
Roma Papası 16-ci Benedikt tutduğu postdan istefa verəcəyini açıqladıqdan sonra bu kürsüyə ən real namizəd, qanalı kardinal Turksonun mübahisə yaradan anti-İslam fikirləri yenidən gündəmə gəlib.
Papanın real namizədlərindən biri Kardinal Piter Kodvo Appiah Turkson ötən il Vatikan toplantısında təqdim etdiyi video çarxda müsəlman əhali və müsəlman köçünə göstərdiyi sərt münasibətə görə tənqid atəşinə tutulub. Daha sonra kardinal “Xristianları silahlanmağa filan dəvət etməmişəm” desə də etirazların ardı-arası kəsilməyib.
2009 –cu ildə YouTube-a yüklənən və bu günə qədər milyonlarla insan tərəfindən izlənən 7 dəqiqəlik videoda “2007-ci ildən etibarən Fransada artım faizi 1,8, İngiltərədə 1,6, Yunanıstan və Almaniyada 1,3, İtaliyada isə bu göstərici 1,2-dir. Önümüzdəki illərdə Avropa yox olacaq. Ancaq Avropa əhalisi azalmır ? Niyə ? Bunun bir səbəbi var, o da köç, yəni İslami köç... 1990-cı ildən bəri Avropanın artımının 90%-nə müsəlmanlar cavabdehdir.Dünyada ən çox kilsə olan ölkələrdən biri Fransada hazırda kilsədən çox məscid var. 2027-ci ildə hər 5 fransızdan biri müsəlman, 39 il ərzində isə Fransa bir İslam respublikası olacaq”ı deyilir.
Hazırda Avropada 52 milyon müsəlman olduğunu deyən Turkson Liviya lideri Qəddafinin “Terroristlərə və kamikadzelərə ehtiyacımız yoxdur. Avropadakı 50 milyondan çox müsəlman əhali buranı bir İslam qitəsinə çevirəcək” söyləyib.
Turkson mütəxəssislərin “Müsəlman əhali bu sürətlə artmağa davam edərsə, 5 ya da 8 il ərzində dünyanın hakim dini olacaq” deyə də vurğulayıb.





Teqlər:  





Xəbər lenti