Bill Qeyts yeni pandemiyanın anonsunu verdi
![Bill Qeyts yeni pandemiyanın anonsunu verdi Bill Qeyts yeni pandemiyanın anonsunu verdi](https://azvision.az/photos/2020/11/TASS_-1606062770.jpg)
Söhbət əsnasında Cons ondan yeni pandemiya barədə soruşub. "Bəli. Bu, iyirmi ildən sonra baş verərsə, şanslıyıq", - deyə Qeyts cavab verib. O, yeni pandemiyanın daha erkən - üç ildən sonra baş verə biləcəyi ilə bağlı bir ssenarinin olduğunu da diqqətə çatdırıb. Buna baxmayaraq, Qeyst növbəti dəfə pandemiyaya hazır olmağı məsləhət görüb: "İkinci dəfə biz belə axmaq olmayacağıq".
Milyarder infeksiyanın zəifləməsinin peyvənd istehsalının artması ilə əlaqədar olacağını söyləyib. Yalnız bundan sonra bəşəriyyət "tunelin sonunda işıq" görəcək.
Azvision.az
Teqlər: BillQeyts