Fransa Malini bombaladı

Fransa Malini bombaladı
  08 Fevral 2013    Oxunub:1751
Fransa hərbçiləri Malinin şimal-qərbində yerləşən Kidal şəhərinin yaxınlığında islamçıların düşərgələrinə aviazərbələr endirir.
Bununla bağlı Fransa Müdafiə Nazirliyi açıqlama verib.
Məlumata görə, Mali ordusu fransız hərbçiləri ilə birlikdə islamçıları ölkənin Qao, Timbuktu və Kidal şəhərlərindən çıxarmağa müvəffəq olublar, lakin islamçılar hələ də müqavimət göstərirlər. Hökumət qoşunları Fransanın döyüş helikopterlərinin köməkliyi ilə həmçinin Qao və Duens şəhərlərini birləşdirən yola nəzarət edir. Bu yolda üsyançılar çox sayda əldədüzəlmə partlayıcı qurğular və minalar quraşdırıblar.
Bir neçə gün öncə minaların birinin işə düşməsi nəticəsində 4 nəfər dinc sakin ölüb. Bundan başqa üsyançılar fransız hərbçilərini Qao şəhərinin ətrafındakı mövqelərini də atəşə tuturlar.


Teqlər:





Xəbər lenti