İlham Əliyev `exit-poll`da birinci oldu - 79,9 faiz

İlham Əliyev `exit-poll`da birinci oldu - 79,9 faiz
  06 Oktyabr 2013    Oxunub:1023
Fransızların sorğusunda İlham Əliyev birinci oldu - 79,9 faiz
Fransanın OpinionWay Tədqiqatlar İnstitutu tərəfindən seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə 23-29 sentyabr, 2013-cü il tarixdə bütün ölkə üzrə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirib.
Virtualaz.org xəbər verir ki, respondentlərlə müsahibə onlara məxsus mənzildə üzbəüz şəraitdə keçirilib.
Sual: - Ümumiyyətlə, son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?
Cavab:
- Yaxşılaşır - 56,2%,
Dəyişmir - 26,7%,
Pisləşir - 12,5%,
Bilmirəm - 4,6%
Sual: - Prezident İlham Əliyevin fəaliyyəti sizi nə dərəcədə qane edir? Sualına cavab olaraq rəyi soruşulanların 80 faizi prezidentliyə namizəd hazırki prezident İlham Əliyevin fəaliyyətindən razi olduqlarını bildiriblər.
Sual: - Əgər seçkilər bu gün keçirilsəydi, siz kimə səs verərdiniz?
Cavab:
İlham Əliyev - 79,9%,
Cəmil Həsənli - 7,8%,
Qüdrət Həsənquliyev - 1,5%,
İqbal Ağazadə - 0,6%,
Zahid Oruc - 0,3%,
İlyas İsmayılov - 0,2%,
Araz Əlizadə - 0,2%,
Sərdar Məmmədov - 0,2%,
Hafiz Hacıyev - 0,1%,
Fərəc Quliev - 0%,
Rəyi soruşulanların 9,2%-i isə bilmirəm cavabını verib.
Sual: - Fikrinizcə, Azərbaycan Respublikasında hazırda mövcud olan ən vacib problemlər hansılardır?
Cavab:
Dağlıq Qarabağ - 72,7%
İqtisadi - 19,8%
Təhsil - 16,3%
Ətraf mühit - 8,0%
Vergilər - 3,9%
Milli təhlükəsizlik - 3%
Bilmirəm - 10,2 %
Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyuğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Fransada fəaliyyət göstərən OpinionWay Tədqiqatlar İnstitutunu “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası exit-poll keçirilməsi üçün dəvət edib. Bu ilin iyul ayının əvvəlindən OpinionWay Tədqiqatlar İnstitutu ilə danışaqlara start verilib. Və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb. OpinionWay Tədqiqatlar İnstitutu səsvermə günü 64 dairə ərazisində 99 məntəqədə exit-poll keçirəcək.


Teqlər:  





Xəbər lenti