AzVsison.az xəbər verir ki, layihə çərçivəsində sentyabrın 5-də Şamaxıda 120 nəfər qadının iştirakı ilə seminar keçirilib.
İştirakçıların əksəriyyəti gənclərdən ibarət olan seminarı ictimai birliyin sədri Kamalə Əliyeva açaraq layihədə qarşıya qoyulmuş məqsədləri açıqladı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Vəsilə Mövsümova və başqaları çıxışlarında qarşıdakı prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsində seçicilərin, o cümlədən qadınların fəal iştirakının mühüm rol oynadığını vurğulayıb.
Seminarda ölkədə söz, fikir və ifadə azadlıqlarının tam təmin olunduğu qeyd edilərək, seçicilərin hüquq və vəzifələri ətraflı şərh olundu. Daha sonra iştirakçıları maraqlandıran suallara cavab verildi.
Seminar iştirakçılarına Azərbaycanda seçki tarixi, seçki hüququ ilə bağlı maarifləndirici bukletlər paylandı.