Abel Məhərrəmov Türkiyənin 3 universiteti ilə razılaşdı

Abel Məhərrəmov Türkiyənin 3 universiteti ilə razılaşdı
  04 Oktyabr 2013    Oxunub:1117
Bakı Dövlət Universiteti Türkiyənin 3 universiteti ilə müqavilə bağladı.
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyədən gələn nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Sinop Universitetinin rektoru, professor Recep Bircan, Canık Başarı Universitetinin rektoru, professor Yunus Bekdemir, Kastamonu Universitetinin rektoru Seyit Aydın daxil idi. Qonaqlara BDU haqqında məlumat verən rektor Abel Məhərrəmov universitetin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrant və proqramlardan danışıb. Qonaqlar öz növbəsində başçılıq etdiyi universitetlər haqqında məlumat verib, əməkdaşlıq perspektivlərinə toxunublar. Məlum olub ki, 6 fakültəsi olan Sinop Universitetinin əsası 2007-ci ildə Sinop bölgəsində qoyulub. Canık Başarı Universiteti isə 2010-cu ildə Başarı Təhsil və Mədəniyyət Vakfı və Tanrıverdi Vakfı tərəfindən yaradılmışdır. 8 fakültəsi olan Kastamonu universiteti 2006 –cı ildə yaradılıb. Universitet nəzdində 2 institutu, 4 məktəbi, 2 idman zalı, 6 laboratoriya fəaliyyət göstərir. ABŞ, Argentina, Portuqaliya, Qırğızıstan, Qazaxstan, İndoneziya və Malayziya universitetləri ilə ikitərəfli müqavilələri var. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və BDU ilə ayrı-ayrılıqda Türkiyə universitetləri ilə əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqavilələri imzalanıb. Çıxış edən rektorlar müqavilənin işlək olacağına və əməkdaşlığın səmərə verəcəyinə inandıqlarını bildiriblər. Sonda qonaqlar Heydər Əliyev muzeyi, tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.


Teqlər:





Xəbər lenti