Xalq artisti İlham Əliyevi dəstəkləyir

Xalq artisti İlham Əliyevi dəstəkləyir
  04 Oktyabr 2013    Oxunub:1330
Azərbaycanın Xalq artisti Əlibaba Məmmədov prezident seçkilərində hazırki ölkə prezidenti İlham Əliyevin namizədliyini dəstəklədiyini, ona səs verəcəyini bildirib. Xanəndə hakim partiyanın saytına verdiyi müsahibədə həmkarlarını da İlham Əliyevə səs verməyə çağırıb.

“Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir.

Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməliyik. Müasir düşüncəli Azərbaycan övladı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və reallıqlara açıq gözlə baxmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin alternativi yoxdur və mən bir xanəndə olaraq onu dəstəkləyir, bütün həmkarlarımı xalqının etimadını əməlləri ilə qazanmış cənab İlham Əliyevə səs verməyə, onun ətrafında sıx birləşməyə çağırıram”.

AzVision.az


Teqlər:





Xəbər lenti