“Münaqişə hərbi yolla həll oluna bilməz” - İran XİN
Əfqanıstanın son illər uğur əldə etdiyini deyən XİN rəhbəri bu ölkənin xarici qüvvələrin, xüsusilə də İŞİD-in təhdidi ilə üzləşdiyini vurğulayıb.
"Bu məsələdə bizim birgə səylərimiz tələb olunur. Problemin həlli ölkələrin birdə səyləri nəticəsində mümkündür. Münaqişə hərbi yolla həll oluna bilməz. İran eyni zamanda Əfqanıstanla narkotiklərin Avropaya daşınmasının qarşısının alınmasında əməkdaşlıq edir. Çalışmalıyıq ki, problemi kökündən həll edək. Əhalimizi bu ölümcül maddələrin qurbanı olmaqdan qoruyaq. Bunun üçün Əfqanıstanın iqtisadi potensialını genişləndirməliyik", - deyə Zərif qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az