Məmmədyarov: "Biz sülh və sabitliyə xüsusi önəm veririk"
Nazir qeyd edib ki, bu gün bizim sülhməramlılarımız Əfqanıstanda xidmət aparır: "Azərbaycan tranzit dəhliz rolunu oynayır, Əfqanıstanla sıx əlaqələr var. Bakı Tbilisi Qars layihəsinin həyata keçirilməsi müxtəlif qitələrin yaxınlaşmasına xidmət edir. Ermənistanın təcavüzü və ərazilərimizin işğalı nəticəsində münaqişədən əziyyət çəkən bir ölkə kimi biz sülh və sabitliyə xüsusi önəm veririk. Bu anlamda beynəlxalq hüquq və normaları dəstəkləyirik".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN Məmmədyarov