Qazın limitini keçənlərə şad xəbər - Yeni ildən sıfırlanacaq
Bu barədə AzVision.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
“Qərar 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Bu il ərzində keçilən limit yeni ildən sıfırlanacaq. 2018-ci ildə 1700 kubmetr təbii qazın hər kubmetr dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq sərf edilən təbii qazın dəyəri isə hər kubmetr üçün 20 qəpiklə hesablanacaq”.
Qeyd edək ki, son günlər bəzi istehlakçılar qaza görə tətbiq edilən limitin yeni ildən sıfırlanmayacağını iddia edərək, narahatlıqlarını ifadə edirdilər.
Aytən Zəhra
AzVision.az
Teqlər: Azəriqaz