Gəncədə 40 min ağac əkiləcək - Foto
Bayram əhval-ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştrakı ilə ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində 2000-dən cox şəhərin landşaftına uyğun ağac əkilib.
Havanın soyuq olmasına baxmayaraq, ağacəkmə kampaniyasında ümummilli liderin müdrik ideyalarına daim sədaqətli olan partiya fəalları xüsusi ilə fərqləniblər. Onlar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Qeyd edək ki, “Hərəyə bir ağac əkək” kampaniyası mütəmadi olaraq gələn ilin mart ayına qədər davam edəcək, 40 min ağac və bəzək bitkisi əkiləcək. Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.
AzVision.az