Cəbhədə düşmən təxribatları - 11 ayın statistikası
Düşmən yanvarda 1063, fevralda 1266, martda 3964, apreldə 3592, mayda 3756, iyunda 3883, iyulda 4065, avqustda 4093, sentyabrda 3802, oktyabrda 3519, noyabrda isə 3722 dəfə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və qumbaraatanlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.
11 ay ərzində bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Cəbhə Atəşkəs Təxribat