Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
Hərbi hissələrin müvafiq komandir-rəis heyəti ilə “Gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılmış hərbi qulluqçularla fərdi-psixoloji işə dair təlimat və tövsiyyələr verilib.
Hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantıda polkovnik-leytenant Vüsal Hüseynov “Psixoloji müşahidələrin aparılması metodikası”, dövlət qulluqçusu Elçin Umudov “Stressə üstün gəlmək və vaxtında qarşısını almaq üsulları” mövzularında seminar məşğələləri keçirərək hərbi qulluqçulara metodiki materiallar təqdim ediblər.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi