Nazirlikdən
AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Əfqanıstanın yenidən qurulması işində əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Bu xüsusda Azərbaycanın ev sahibliyi edəcəyi “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının əhəmiyyəti vurğulanıb.
E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, habelə Şərq-Qərb marşrutu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından danışıb və Əfqanıstanın da bu layihələrdən faydalana biləcəyini diqqətə çatdırıb. R.Kobia Azərbaycanın Əfqanıstanın inkişafı üçün gördüyü işləri təqdir edib.
AzVision.az