Polkovnik Ramaldanov: “Cəbhədə lokal döyüşlər başlaya bilər”
Bu barədə AzVision.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Ekspertin fikrincə, Ermənistanın işğalçı qüvvələri ilə müharibə şəraitində yaşadığımızı unutmamalıyıq:
Ş.Ramaldanov əlavə edib ki, Qarabağda hər an istər lokal, istərsə də böyük müharibə ola bilər: “Müqayisə üçün baxsaq, görərik ki, hərb variantı daha çox üstünlük təşkil edir. Çünki bizim üçün başqa çıxış yolu qoymurlar. Ali baş komandan İlham Əliyev daim diqqətə çatdırıb ki, Azərbaycan güc yolu ilə də olsa torpaqlarını işğaldan azad edəcək. Ermənilər təxribata cəhd edərsə, bu, onlar üçün son olacaq. Ordumuz hər an üzərinə düşən tapşırığı yerinə yetirməyə hazırdır”.
Ağdam istiqamətində düşmənin keçirdiyi təlimlərə gəlincə, hərbi ekspert qeyd edib ki, onların həmin ərazidə səhra poliqonları var və orada plana uyğun olaraq təlim keçirlər.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ramaldanov Qarabağ Cəbhə