Snayperlərimiz düşməni məhv etməyə hazırdırlar - FOTOLAR
Toplantıda əsas diqqət kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib.
Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan müxtəlif ölkələrin, eləcə də milli müdafiə sənayemizin istehsalı olan müasir snayper tüfəngləri tapşırıqdan, ərazidən, məsafədən və digər amillərdən asılı olaraq təyinatına görə tətbiq edilir.
AzVision.az